Alternativ və bərpa olunan enerji mənbələrindən istifadə “BİOQAZ”.

Anaerob (oksigensiz) mühitdə üzvi maddələrin parçalanması ilə əmələ gələn bioqaz metan tərkibli bir qazdır. Heyvandarlıq tullantıları; qida, şəkər, kağız sənayesi tullantıları, çirkab su təmizləyici qurğular və s. Bioqaz tullantıların mayalanması və üzvi materialların mikroorqanizmlər tərəfindən deqradasiyası ilə əldə edilir. Bioqaz eyni axın sürətində davamlı olaraq əldə edilə bilmədiyi və hər zaman mövcud olmadığı üçün ümumiyyətlə, ikinci yanacaqla odluqda dəstəklənməyə ehtiyac var.

Bizim tətbiq etdiyimiz sistemlərdə eyni vaxtda yanan, yanma sistemlərində bioqaz gücü tələbatından asılı olaraq təbii qaz və ya maye yanacaqla qarışdırılaraq sistem tərəfindən tələb olunan enerji fasiləsiz və təhlükəsiz bir şəkildə təmin edilə bilər. Rəqəmsal yanma menecerinin (Lamtec) xüsusi proqramı ilə havanın və digər iki yanacağın qarışdırmılması nisbətləri dəqiq tənzimlənə bilər və yüksək yanma effektivliyinə nail olmaq mümkündür.

Beləliklə, tullantılardan əldə olunan enerji istehsalçıya daha az qalıcı yanacaq istehlak edərək yanacaq sərfiyyatında əhəmiyyətli qənaət təmin edir. Sistemdəki bütün yanacaq seçimləri avtomatikdir. Gələn bioqaz axınının sürətinə və istilik tələbinə görə odluq optimal yükləmə parametrlərini avtomatik tənzimləyərək təhlükəsiz bir əməliyyat təklif edirik .