BBT MMC fəaliyyətini yeni mərhələdə davam etdirir
Keçən il səhhət səbəbləri ilə şirkətimizin Azərbaycandakı fəaliyyətini müvəqqəti olaraq məhdudlaşdırmaq məcburiyyətində qaldıq. Lakin 2025-ci ildən etibarən BBT MMC daha güclü, dinamik və innovativ yanaşma ilə fəaliyyətini fəal şəkildə davam etdirir.
Şirkət olaraq qarşıdakı dövrdə xidmətlərimizi daha da təkmilləşdirməyi və müştərilərimizə yüksək keyfiyyətli həllər təqdim etməyi əsas hədəfimiz kimi müəyyənləşdirmişik.
Bu mühüm dönüş nöqtəsini məhz BBT MMC-nin 10 illik yubileyi ərəfəsində elan etməyimiz təsadüfi deyil. Bu yubiley bizim üçün yalnız keçmiş uğurların deyil, eyni zamanda yeni bir mərhələnin başlanğıcının rəmzidir.