BBT MMC Aquatherm Baku 2026 sərgisində yerli qazan istehsalını təqdim etdi

14–16 oktyabr 2026-cı il tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən Aquatherm Baku 2026 beynəlxalq sərgisində BBT MMC özünün THERMOD brendi altında Azərbaycanda istehsal olunan sənaye qazanlarını və müasir avtomatlaşdırma həllərini təqdim edib.

Sərgi çərçivəsində ziyarətçilərə yerli istehsal olan 1,5 ton/saat məhsuldarlığa malik buxar qazanı və 232 kW gücündə isti su qazanı nümayiş etdirilib.

THERMOD brendinin əsas məqsədi beynəlxalq standartlara uyğun, yüksək enerji səmərəliliyinə malik, etibarlı və müasir texnologiyalarla təchiz olunmuş sənaye qazanlarının Azərbaycanda istehsalını inkişaf etdirməkdir.

Sərgidə BBT MMC tərəfindən dünyanın aparıcı yanma idarəetmə və avtomatlaşdırma sistemləri istehsalçılarından biri olan Autoflame şirkətinin Mk8 və Mini Mk9 idarəetmə sistemləri, eləcə də qazanxanaların avtomatlaşdırılması və enerji səmərəliliyinin artırılması üçün texnoloji həllər təqdim olunub.

Şirkətimiz həmçinin istixana kompleksləri, qida sənayesi, istehsalat müəssisələri və digər sənaye sahələri üçün nəzərdə tutulmuş buxar, isti su, qızğın yağ qazanları, konteyner tipli qazanxanalar və istixanalar üçün CO₂ dozaj sistemləri haqqında ziyarətçilərə ətraflı məlumat verib.

Üç gün davam edən sərgi ərzində yerli və xarici şirkətlərin nümayəndələri, mühəndislər, layihəçilər və potensial tərəfdaşlarla görüşlər keçirilib, gələcək əməkdaşlıq və yeni layihələr ətrafında fikir mübadiləsi aparılıb.

BBT MMC olaraq inanırıq ki, Azərbaycanda sənaye avadanlıqlarının yerli istehsalının inkişafı ölkəmizin sənaye potensialının gücləndirilməsinə və idxaldan asılılığın azaldılmasına mühüm töhfə verəcək.

Stendimizi ziyarət edən, məhsullarımıza maraq göstərən və bizimlə əməkdaşlıq imkanlarını müzakirə edən bütün qonaqlarımıza və tərəfdaşlarımıza təşəkkür edirik.

BBT MMC – Mühəndislik, innovasiya və yerli istehsal bir arada!