Yerli layihələr - Şəmkirdə AZ Agro İstixana Kompleksində BBT Komandası tərəfindən Tam Texniki Servis Həyata Keçirildi
Şəmkirdə yerləşən AZ Agro istixana kompleksində BBT komandası, Zantingh rəsmi servisi olaraq qazanxana sistemində tam texniki baxış və servis işlərini uğurla həyata keçirmişdir. Eyni zamanda, CO₂ dozajlama avadanlığında nasaz olan Belimo servo motor və Sercom CO sensoru müştəri üçün təmin edilərək yenisi ilə əvəz olunmuşdur. ⚠️ Vacib xatırlatma: Hər bir CO sensoru, istehsal tarixindən etibarən maksimum 3 il müddətində yenilənməlidir. Vaxtında dəyişdirilməyən sensorlar yanlış ölçüm göstərə bilər. Bu isə qeyri-stabil yanma nəticəsində yaranan CO (karbonmonoksid) qazının CO₂ xətti vasitəsilə sistemə keçməsinə səbəb ola bilər. Nəticədə həm bitkilər, həm də işçi heyəti toksik qaz riski ilə qarşılaşa bilər. BBT MMC olaraq əsas məqsədimiz – təhlükəsizlik, sabit iş rejimi və maksimum məhsuldarlıqdır.
#BBTMMC #Zantingh #GreenhouseService #CO2Dosing #BoilerService #IndustrialSafety #AZAgro #Şəmkir #HeatingSystems #BurnerService