BBT MMC-yə İqtisadiyyat Nazirliyi tərəfindən rəsmi lisenziyalar verildi
15 oktyabr 2025-ci il tarixindən etibarən BBT Məhdud Məsuliyyətli Cəmiyyəti öz fəaliyyətini Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş rəsmi lisenziyalar əsasında həyata keçirəcək.
Verilmiş lisenziyalar aşağıdakı fəaliyyət sahələrini əhatə edir:
Qaldırıcı qurğuların, metallurgiya avadanlıqlarının, təzyiq altında işləyən qazanların və tutumların quraşdırılması və təmiri (EL-834/2025).
Təhlükə potensiallı obyektlərdə istismar olunan avadanlıqların texniki diaqnostikası və digər texniki yoxlamaların keçirilməsi (EL-835/2025).
Bu lisenziyalar BBT MMC-nin mühəndislik və texniki xidmət sahəsində göstərdiyi fəaliyyətin dövlət səviyyəsində tanındığını və təhlükəsizlik standartlarına tam uyğunluğunu təsdiq edir.