BBT MMC və Autoflame şirkətindən növbəti texniki seminar
23 iyul 2025-ci il tarixində BBT MMC-nin təşkilatçılığı və Böyük Britaniyanın tanınmış şirkəti Autoflame Engineering Ltd.-nin Business Development Director-u cənab Nadeem İqbalın iştirakı ilə Bakıda növbəti texniki seminar uğurla baş tutacaq.
Seminar zamanı Autoflame-in ən son texnologiyaları – MK8, MK8 Mini və yeni nəsil MK9 Mini idarəetmə sistemləri üzrə geniş texniki təqdimatlar və praktiki müzakirələr keçiriləcək. Tədbir həm texniki heyət, həm də rəhbərlik və layihə idarəçiləri üçün mühüm məlumat və təcrübə platforması rolunu oynayacaq.
Seminar proqramı aşağıdakı kimidir:
-
09:30 – Qonaqların gəlişi və qarşılanma (Hombridge Hotel, 3-cü mərtəbə – çay və kofe fasiləsi)
-
10:00–13:00 – Texniki təqdimatlar və sual-cavab sessiyası
-
13:00–14:30 – Günorta yeməyi
-
14:30–17:00 – Real tətbiq nümunələri (case study), müzakirələr və yekun təqdimat
Seminarda iştirakçılar həm texniki məlumatlarla tanış olacaq, həm də real problemlər və həll yolları üzərində müzakirələr aparmaq imkanı qazanacaqlar.