Mexanik modulyasyonlu odluqlar quruluşuna görə (müntəzəm servis olunduğu halda) bəzi mexaniki boşluqlara və müəyyən bir tənzimləmə səviyyəsinə malikdir. Yanma texnologiyalarının bu gün gəldiyi nöqtədə, artıq bu mexaniki (setskur vintlər, hərəkət ötürücü qol) sistemlərin mənfi cəhətlərini aradan qaldıraraq hava və yanacaq klaplarına birbaşa qoşmaq, STEP MOTORS ilə tənzimləmək və çox dəqiq düzəlişlər etmək imkanımız var. Bu elektron modullaşdırılmış sistemlər eyni zamanda oksigen (O2) və karbon monoksid (CO) miqdarını davamlı baca qazı tullantılarında ölçür, bu da odluğun anbaan yanma parametrlərinin maksimum səmərəliliyini təmin edir.